SİYASƏTİMİZ

Frigo Mekanik A.Ş.
Bizimlə Əlaqə Qurun
demo

KEYFİYYƏT SİYASƏTİMİZ

Əsas məqsədimiz şirkətimizin mədəniyyətini ümumi keyfiyyət menecmentinə uyğun səviyyəyə qaldıraraq sənaye soyutma sektorunda rəqabət gücümüzü artırmaqdır. Qanunvericilik daxilində fəaliyyət göstərərək bazara yerli və beynəlxalq standartlara cavab verən ekoloji cəhətdən təhlükəsiz və az enerji sərfi tələb edən məhsullar təqdim etməkdir. Başlıca prinsipimiz müştəri məmnuniyyətidir. Bazar rəqabəti şəraitində rəqiblərimizlə müqayisədə daha münasib qiymətə keyfiyyətli məhsul təqdim edir və xidmət göstəririk. Şirkət mədəniyyətimiz preventiv xarakter daşıyır və xəta baş verməmiş qarşısını almağa çalışırıq. Məqsədimiz məhsul və xidmətimizlə seçilmək, müştəri tələblərinə diqqətlə yanaşmaq və məhsuldarlığı artırmaqdır.

ƏMƏK TƏHLÜKƏSİZLİYİ SİYASƏTİMİZ

“Frigo Mekanik” işçilərin sağlamlığı və əməyin təhlükəsizliyi haqqında qanunlara və qanunvericilik aktlarına uyğun olaraq bütün işçilərin sağlamlıq, təhlükəsizlik, əmək şəraiti tələbləri baxımından müvafiq şəraitdə işləməsini təmin edir. Qəza şəraiti yarada biləcək nöqtələr müəyyən edilərək qarşısı alınır. Əməyin təhlükəsizliyi daim təkmilləşdirməyi, əməyin təhlükəsizliyi haqqında qanunlara riayət etməyi qarşımıza məqsəd olaraq qoymuşuq. İşçilərimizin əməyin təhlükəsizliyi haqqında məlumat səviyyəsini artırmaq məqsədilə baş verə biləcək təhlükələr barəsində təlimatlandırılmalarını təmin edirik.

EKOLOJİ SİYASƏTİMİZ

“Frigo Mekanik” ətraf mühitlə bağlı məsuliyyətini daim dərk edir, ətraf mühitin çirklənməsinə səbəb ola biləcək amilləri minimuma endirərək qanun qarşısında vəzifələrini və ekologiya haqqında qanunvericiliyə ciddi riayət etməyi qarşısına məqsəd qoymuşdur. Bununla əlaqədar olaraq “TƏBİƏTƏ EHTİRAM” prinsipini rəhbər tutaraq bütün layihələrimizdə istifadə olunan texnologiyanın ekoloji təsirini minimuma endirməyə çalışırıq. Bu sahədə bütün tələb olunan keyfiyyət meyarlarına və qanunvericilik tələblərinə əməl edərək sektorunda ISO 14001 Ətraf Mühit Menecment Sisteminin Sertifikatını almış lider qurumlardan biriyik.

QİDA TƏHLÜKƏSİZLİYİ SİYASƏTİMİ<

Qida sektorunda “Soyuq mühafizə” üçün tələb olunan aqreqat, avadanlıq və mühəndis xidməti göstərməklə müştərilərimizin qidanı ETİBARLI MÜHAFİZƏ edə bilməsini təmin edirik. Xidmət etdiyimiz sahələrlə bağlı qanunlara və normativ aktlara daim riayət etməyə və onlara uyğun fəaliyyət göstərməyə çalışırıq. Qida təhlükəsizliyini minimuma endirə biləcək araşdırmaları davam etdirir və işçilərimizin də bu istiqamətdə çalışmasını təmin edir və müvafiq təlim veririk.