
Quş əti kəsilən yerlərdə məhsulun mümkün qədər ən sürətli şəkildə soyudulması və mühafizə edilməsi ən mühüm amildir. “Frigo Mekanik” şirkətinin təqdim etdiyi mütəxəssislik və elmi səviyyə ən yüksək gigyenik standartlara cavab verən, ehtiyaclarınıza uyğun ölçülərdə funksional soyuq zəncirin ilk halqasını təşkil edir.
TƏTBİQ EDİLƏN PROSESLƏR
- Məhsulun yüksək keyfiyyətinə zəmanət verən hava soyutma mexanizmləri
- İlkin soyutma kameraları (Avan Frigo)
- Su soyuducuları üçün buzlu su sistemləri
- Qırıq buz aqreqatları
- Soyuq mühafizə kameraları
- Məhsul şoklama tunelləri
- Donmuş mühafizə kameraları
- Parçalama – paketləmə və daşıma kameralarının soyudulması (hava kisəli)
- Yüksək enerji məhsuldarlığına malik həssas nəzarətli mərkəzi soyutma sistemləri
- HACCP standartlarına uyğun və gigiyenik buxarlandırıcı dizaynı
- TSE və EN ((European Norms) standartlarına uygun soyutma aqreqatları otağının dizaynı
- Sonrakı emal üçün spiral dondurucu soyutma sistemləri
- Yüksək məhsuldarlığa malik az enerji sərf edən buxarlandırıcı kondisioner tətbiqi
- PLC/SCADA sistemi ilə həssas nəzarət və məsafədən idarəetmə