İNSAN RESURSLARI

​Zəhmət olmasa formu tam doldurun. Ən qısa zamanda sizinlə əlaqə saxlanacaqdır.
Gücümüzü məsuliyyətli, özünə əmin, yenilikçi, dəyər qatan, keyfiyyətli istehsal və xidmətə inanan, ətraf mühitə həssaslıqla yanaşan insan resurslarımızdan alırıq.

Hədəfimiz; sahib olduğumuz dəyərli insan resurslarımızı inkşaf etdirmək və yenilərini öz sıramıza qatmaq, şirkətimizin strateji plan və hədəfləri istiqamətində insan gücü tələbatını qarşılamaq, bu gücün ən məhsuldar şəkildə dəyərləndirilməsi və davamlılığını təmin etməkdir. Hədəflərimizə insan resurslarımızın təkmilləşməsi sayəsində çata biləcəyimizi anlayaraq planlarımızı; hədəflərlə təmin etmə, davamlı təlim, nəticələrin dəyərləndirilməsi və inkşafa nəzarət, dürüstlük və təşəbbüskarlığa həvəsləndirmə ilə nizamladıq.

HƏDƏFLƏRİMİZƏ NAİL OLMAQ ÜÇÜN
  • İşçilərimizin təhlükəsizlik, sağlamlıq və məhsuldarlığını əsas prioritet seçərək əmək məhsuldarlığını yüksəltmək məqsədi ilə fəaliyyət göstəririk.
  • İşçilərimizin motivasiyasını və Frigo Mekanikə mənəvi bağlılığını diqqət mərkəzində saxlayırıq.
  • İşçiləri davamlı təlimlərdə iştirak etmə və özünü inkşaf etdirmə imkanı ilə təmin edirik.
  • İşçilər üçün kariyera planlanması edərək məhsuldarlığın ən yüksək həddə çatmasına nail oluruq.
  • İşçilərimiz üçün bərabər hüquqlu mühitdə bərabət fürsətlər yaradırıq
  • İşçilər üçün dürüst və aşkar idarəetmə modeli tətbiq edirik
  • İşçilərin maddi və mənəvi hüquqlarının qorunmasını təmin edirik
  • İR siyasətimizi daim gözdən keçirir, güncəlləyir və təkmilləşdiririk.
  • İş yoldaşlarımızda görmək istədiyimiz ortaq xüsusiyyətlər bunlardır;


  • KOLLEKTİVDƏ İŞLƏMƏ BACARIĞI
  • Ünsiyyət qabiliyyəti
  • Yaradıcılıq
  • Təşəbbüskarlıq
  • Cəsarət və özünə inam
  • Yenilikçi olma və dəyişiklikdən qorxmamaq
  • Müştəri məmnuniyyətinin təmini
  • Özünü və iş yoldaşlarını həvəsləndirmək
  • Yetkin davranmaq və düzgün qərarlar qəbul etmək