
FRİGO MEKANİK 1989-cu ildən sənaye soyutma sektorunda Türkiyənin layihələndirmə, podrat və açar təhvili soyutma SİSTEMLƏRİ quran lider firmasıdır. Baş ofisimiz İstanbul şəhərində yerləşir və təxminən dünyanın 38 ölkəsində regional distributor mərkəzimiz fəaliyyət göstərir. Şirkətimizdə 50-dən çox səriştəli, yüksək ixtisaslı, savadlı və təcrübəli mütəxəssis çalışır. “Frigo Mekanik” bu günə qədər qida sektoru başda olmaqla müxtəlif sektorlarda 5000-dən çox müxtəlif təyinatlı layihəni həyata keçirmişdir.
“Frigo Mekanik” S.C. temperatur dəyişdirici və soyutma cihazları vasitəsilə dünya standartlarına uyğun istehsal fəaliyyəti ilə məşğuldur. Bunun sayəsində istənilən soyutma sistemi tələbatını təmin edə biləcək səviyyədə istehsal gücünə malikdir və yüksək keyfiyyətli, münasib qiymətə, məhsuldarlığı təmin edən, az enerji sərfinə yol verən mükəmməl soyutma SİSTEMLƏRİ layihələrini hazırlayıb təqdim edir.
AÇAR TƏHVİLİ XİDMƏTLƏRİ
“Frigo Mekanik” uzun illər ərzində həyata keçirdiyi açar təslimi layihələrlə və uğurla quraşdırıb təhvil verdiyi soyutma SİSTEMLƏRİ ilə öz adını təsdiq etmişdir.
LAYİHƏLƏNDİRMƏ
Frigo Mekanik has varios type of the industrial refrigeration system capacity, wide expertise and engineering knowledge to meet all your needs.
MONTAJ
“Frigo Mekanik” tərəfindən xüsusi olaraq hazırlanmış bütün layihələri səriştəli və yüksək ixtisaslı texniki qrup tərəfindən həyata keçirilir.
QULLUQ VƏ TƏMİR
“Frigo Mekanik” müvafiq sahədə ixtisasa malik texniki dəstək və servis qrupunu daimi texniki qulluq və təmir işləri üçün təqdim etməyə hazırdır.