
Həm istehsalçılar, həm də təchizatçılar məhsulların ən münasib şəkildə mühafizə olunması üçün anbarlamanın və keyfiyyətli soyutmanın soyuq zəncirin ən mühüm amillərindən biri olduğunu dərk edir. “Frigo Mekanik” şirkətinin yüksək ixtisaslı mütəxəssisləri istənilən növ donmuş qida və məhsullar üçün məhsuldar, ekoloji baxımdan təhlükəsiz, münasib qiymətə soyutma layihələrini sizin iş şəraitinizə uyğun olaraq hazırlayır.
TƏTBİQ EDİLƏN PROSESLƏR
- Məhsul şoklama tunelləri
- IQF və Spiral dondurucular üçün soyutma sistemləri
- Plitə dondurucular (üfüqi və şaquli)
- Donmuş mühafizə kameraları (tələb olduqda yüksək tavanlı kamera hazırlanır)
- İlkin soyutma kameraları
- Hava torbalı emal sahələrinin soyudulması
- İstehsal aqreqatları üçün soyutma sistemləri
- Məhsul hazırlayan rezervuarlar üçün soyutma sistemləri
- İstehsal sahələri üçün kondisioner sistemləri
- Yüksək enerji məhsuldarlığına malik həssas nəzarətli mərkəzi soyutma sistemləri
- HACCP standartlarına uyğun və gigiyenik buxarlandırıcı dizaynı
- TSE və EN ((European Norms) standartlarına uygun soyutma aqreqatları otağının dizaynı
- Yüksək məhsuldarlığa malik az enerji sərf edən buxarlandırıcı kondisioner tətbiqi
- PLC/SCADA sistemi ilə həssas nəzarət və məsafədən idarəetmə