
“Frigo Mekanik” şirkəti meyvələrin yetişməsində ən münasib qiymətə həlli təmin edən banan saraltma kameraları xidməti təqdim edir. Saraltma proseduru etilen qazı vasitəsilə hermetik kameralarda temperaturu, rütubəti və etilen konsentrasiyasını nizamlama yolu ilə banan, manqo, papaya kimi meyvələrin yetişməsi üçün həyata keçirilir. Təbii hormon kimi təsir göstərən etilen meyvələr üçün heç bir təhlükə yaratmır, eyni zamanda məhsulun qabığının yaşıl rəngini dəyişib sarı rəng almasını, meyvələrin dadının və ətrinin qorunub saxlanmasını təmin edir.
TƏTBİQ EDİLƏN PROSESLƏR
- Yüksək hava sirkulyasiyası və məhsulun eyni səviyyəli temperaturu
- Həssas temperatur və rütubət nəzarəti
- Hava keçirməz avtomatik seksiyalı qapılar
- Etilen inyeksiya sistemi
- Saraltma prosesi zamanı kompüter nəzarət və qeyd sistemi
- Məhsulun nəm itkisini minimum səviyyədə saxlaya biləcək şəkildə hazırlanmış
- Bir mərtəbəli, iki mərtəbəli və üç mərtəbəli yükləmə sistemləri