Buz Meydançaları Və Qar Örtükləri

Buz meydançaları üçün ən mühüm aspekt enerji və menecment xərcləridir, onlar isə hava şəraiti və meydançanın yerləşməsi ilə sıx şəkildə əlaqəlidir. Düzgün layihələndirilmiş buz meydançalarında enerjiyə təxminən 50% qənaət etmək mümkündür. Daxili temperatur və rütubət göstəricilərini tələb olunan səviyyədə saxlamaq üçün binanın konstruksiyası xüsusi əhəmiyyət kəsb edir. Buz meydançalarında daxili temperaturu tələb olunan səviyyədə saxlamaq üçün müvafiq ventilyasiya olmalı və sahənin üzərində duman əmələ gəlməməsi üçün rütubəti tələb olunan səviyyədə saxlamaq lazımdır. Soyutma sistemində ölçülərdən asılı olaraq Freon (404a) və ya Ammonyak (NH3) istifadə oluna bilər.

demo

image_9

HAZIRLADIĞIMIZ AÇIQ VƏ QAPALI BUZ MEYDANÇALARI

  • Duzlu məhlul soyutma qrupları
  • İstiliyin rekuperasiyası sayəsində istifadə olunan suyun və torpağın alt təbəqəsinin qızdırılması
  • Zəminin müvafiq şəkildə hazırlanması
  • Buz meydançaları üçün boru təchizatı
  • Hüdud lentləri və mühafizə şüşələri
  • Sahənin və digər istifadə yerlərinin kondisionerlə və ventilyasiya ilə təmin olunması
  • Rütubət alma sistemi

image_9

HAZIRLADIĞIMIZ QAR ÖRTÜKLƏRİ

  • Açar təhvili qar meydançaları
  • Qar hazırlamaq üçün xüsusi soyutma qrupları
  • Qapalı qar meydançaları üçün xüsusi olaraq hazırlanmış buxarlandırıcılar
  • Qarın yüksək keyfiyyətli olması üçün zəmin soyutma sistemləri
  • Nizamlana bilən qar tapançaları
  • Ventilyasiya və rütubət alma sistemləri
  • Buz tramplinləri
  • Qar kameraları

PLANLAŞDIRMA VƏ DİZAYN

Buz meydançası layihəsində fəaliyyətə başlayarkən atılan ilk addım həmin meydançanın planlanması və dizaynıdır. Buz meydançaları üçün ən mühüm aspekt enerji və menecment xərcləridir, onlar isə hava şəraiti və meydançanın yerləşməsi ilə sıx şəkildə əlaqəlidir. Düzgün layihələndirilmiş buz meydançalarında enerjiyə təxminən 50% qənaət etmək mümkündür. Daxili temperatur və rütubət göstəricilərini tələb olunan səviyyədə saxlamaq üçün binanın konstruksiyası xüsusi əhəmiyyət kəsb edir. Buz meydançalarında daxili temperaturu tələb olunan səviyyədə saxlamaq üçün müvafiq ventilyasiya olmalı və sahənin üzərində duman əmələ gəlməməsi üçün rütubəti tələb olunan səviyyədə saxlamaq lazımdır. Buz meydançasının tikintisinə boru sisteminin qurulması, folqalama və izolyasiya, müvafiq soyuducu aqreqatın və göstərici panellərin qurulması, layihənin ölçüsündən və xüsusiyyətindən asılı olaraq digər komponentlərin montajı daxildir.

BORU SİSTEMİNİN QURULMASI

Buz meydançaları sabit və ya mobil sistem olmaqla iki şəkildə qurulur. Boru sisteminin seçilməsindən asılı olaraq dəyişə bilər.


SABİT SİSTEM

Meydançada çarpaz bağlı polietilen (PE-x borulama sistemi) borulardan istifadə olunur. Bu borular xüsusi muftalar vasitəsilə sahəyə döşəndikdən sonra üzərindən son qat beton tökülür. Bu beton çox diqqətlə və düzgün tökülməlidir. bunun üçün xüsusi vibratordan istifadə edilir və beton bir günə tökülüb tamamlanmalıdır. Soyuq tikişin əmələ gəlməsinə qətiyyən imkan vermək olmaz. Eyni zamanda soyutma zamanı betonun çatlamasının qarşısını almaq üçün betona xüsusi qarışıq əlavə edilməlidir.

MOBİL SİSTEM

Mobil sistemlər üçün temperatur ötürmə xüsusiyyəti artırılmış plastik materialdan hazırlanmış elastik MAT sistem borulama tətbiq edilir. Bu sistem əsas etibarilə Ice Box adlandırılan hazır modul hissələrin birləşdirilməsi ilə yaradılır. MAT sistem borulamasında başlanğıcda rulon halında olan boruların meydançaya sərilməsi ilə hazırlanır. Ice Box-ları yan-yana düzərək istənilən uzunluqda kollektor əmələ gətirmək olar. Bunun üçün xüsusi bağlayıcı detallardan, muftalardan, bolt və qaykalardan istifadə olunur.




MOBİL SİSTEMİN ÜSTÜNLÜKLƏRİ

  • Qurulması və sökülməsi asandır.
  • Sökülüb daşına bilən hissələrdən ibarətdir.
  • Qurulduğu sahədə daimi montaj və torpaqlama işləri tələb olunmur.
  • Quraşdırma, sökmə və təkrar quraşdırma zamanı eyni materiallardan istifadə olunur.
  • İdeal quraşdırma müddəti 4 – 5 gün, sökmə müddəti isə 1 gündür.
  • Daha az əmək sərfi tələb edir.
  • Boruların düzülməsi üçün xüsusi muftalar tələb olunmur.



SOYUDUCU SİSTEM

Frigo Mekanikin məqsədi müştəriləri yüksək keyfiyyətli, eyni zamanda ətraf mühitə zərər verməyən soyuducu sistemlərlə münasib qiymətlə təmin etməkdən ibarətdir. Hər növ buz-konki pisti üçün (arenalar, idman mərkəzləri, alış-veriş mərkəzləri, qapalı məkan və ya açıq havada buz-konki pistləri) ən düzgün seçimi sizə təqdim edirik. Soyuducu sistemi, buz pistinin böyüklüyünə, iş səviyyəsi və istiliyinə əsasən seçilir. Chiller avadanlıqları -20ºC ilə +45ºC xarici mühit aralığında işləyir və qlikol dövriyyəsi hesabına qlikolun istiliyi -10ºC ilə -12ºC səviyyəsinə salınaraq daha isti bölgələrdə belə kifayət qədər soyutma potensialına malik olur. Frigo Mekanik qış komplektasiyası və isti su təmini üçün istiliyin təkrar istifadəsi vasitələri və enerjiyə qənaət etmə komponentləri ilə təchiz edilmiş xüsusi avadanlıq seçimlərini təklif edir. Həmçinin Frigo Mekanik olaraq biz müştərilərimizə zəmanət müddəti ərzində 7/24 servis və təmir xidməti təqdim edirik.



HAVALANDIRMA VƏ NƏM ALMA SİSTEMİ

Buz pistlərində daxili mühit havasını optimal vəziyyətdə saxlamanın ən yaxşı yolu mexaniki havalandırmadan istifadə etməkdir. Hava şərtləndirmə avadanlıqları xaricdən təmiz havanı alır, isidərək və ya soyudularaq daxili mühitə daxil edir. Buz konki meydançasının istiliyi 14ºC-də saxlanılmalıdır. Meydança üzərində duman olmasın deyə nəm səviyyəsi də aşağı olmalıdır. Əgər meydança qış aylarında istifadə olunacaq isə optimal tərtibat göstəriciləri 14ºC istilik və 50% nisbi nəm səviyyəsində olmalıdır. Yay aylarında fəaliyyət göstərən zaman isə, enerjiyə qənaət məqsədi ilə 16ºC istilik və 70% nisbi nəm səviyyəsinə qədər yüksəldilə bilər. Buz pisti sahələrində istifadə edilən xüsusi sinif şərtləndirmə avadanlıqları, həmçinin nəm alma sisteminə də malikdir.

HƏYATA KEÇİRMƏK İSTƏDİYİNİZ VƏ YA PLANLAŞDIRDIĞINIZ BİR LAYİHƏNİZ VARMI ?