Atmosfer Nəzarəti İlə Soyuq Anbarlama SİSTEMLƏRİ

Exterior of a hopsital Emergency Room

Məhsulların dərildikdən sonra ömrünün uzadıla bilməsi soyutma sistemləri və atmosfer nəzarətli mühafizə ilə mümkündür. Atmosfer nəzarətli kameralarda məhsulu hər tərəfdən əhatə edən atmosfer normal atmosferdəki səviyyəsindən fərqli olaraq mühitə qaz əlavə etməklə və yaxud mühitdən qazı xaric etməklə dəyişdirilir. Soyutma sistemi standart soyuq depolarla eynidir. Fərqli cəhəti budur ki, otağın daxilindəki hava komponentinin dəyişdirilməsi və dəyişdirilmiş havanın qorunmasına kömək edəcək qaz sızmasının qarşısı alınması tələb olunur. Nəzarət olunan atmosferlə mühafizə zamanı O2 səviyyəsinin aşağı salınması nəticəsində məhsulların tənəffüs sürəti azalır, metabolizm zəifləyir və bununla bağlı olaraq yaşlanması gecikdirilir. Bu da məhsulların norma mühafizə müddətindən daha çox qorunub saxlanmasına imkan verir.

TƏTBİQ EDİLƏN PROSESLƏR
  • Atmosfer nəzarətli avadanlığının təmini və quraşdırılması (azot generatorları, CO2 tutucuları, O2/ CO2 analiz cihazları, Etilen tutucu, qaz sızdırmayan hermetik kamera qapıları və s.)
  • Qaz sızdırmayan kamera və qapıların quraşdırılması
  • Atmosfer nəzarətli soyuq anbarlar üçün həssas nəzarətli soyutma sistemləri

HƏYATA KEÇİRMƏK İSTƏDİYİNİZ VƏ YA PLANLAŞDIRDIĞINIZ BİR LAYİHƏNİZ VARMI ?